Komandamız Qətər 2019 Dünya Çimərlik Oyunlarında 2 medal qazanıb


Milli Olimpiya Komitələrinin Assosiasiyasının təşkil etdiyi Qətər 2019 - I Dünya Çimərlik Oyunlarının 3-cü yarış günü Azərbaycan idmançıları üçün uğurlu olub. Komandamız yarışda öz hesabına bir gümüş və bir bürünc medal əlavə edib.
Qadınlar arasında aquatrilon idman növündə yarışan Kseniia Levkovska 30:03 nəticə ilə rəqibini üstələyərək gümüş medala sahib çıxıb. Yarışda ən yaxşı nəticəni (29:38) İspaniya təmsilçisi Tous Fransiska göstərib. Bürünc medala isə rumıniyalı Manak Antoanela (30:17) layiq görülüb.
Həmin idman növündə kişilər arasında yarışan təmsilçimiz Rostislav Pevtsov (26:43) bürünc medal qazanıb. İspaniyalı Vinuela Kevin (26:22) qızıl, macarısatanlı Devay Mark (26:29) isə gümüş medala yiyələnib




Bu yazı

4009 dəfə oxunub

Tarix

2019-10-14 16:14:53

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev