Tokio-2020 Yay Paralimpiya Oyunlarına dördüncü lisenziya


Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarına dördüncü lisenziyasını qazanıb. Avstraliyanın Sidney şəhərində keçirilən paraatıcılıq üzrə dünya çempionatında iştirak edən Kamran Zeynalov fərqlənib. O, 50 metr məsafəyə güllə atıcılığında göstərdiyi nəticəyə görə ilk 15 idmançı arasında yer alıb və Paralimpiadaya vəsiqəni təmin edib. Qeyd edək ki, daha öncə Yelena Taranova güllə atıcılığında, Elşən Hüseynov parapouerliftinqdə və Roman Saleh paraüzgüçülükdə XVI Yay Paralimpiya Oyunlarına vəsiqə qazanıblar.

Bu yazı

3996 dəfə oxunub

Tarix

2019-10-15 15:06:09

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev