Respublika çempionatında birinci tura yekun vurulub


Azərbaycan Dövlət Texniki Universitetin idman arenasında basketbol üzrə Superliqanın 1-ci turun oyunları keçirilib. Gərgin mübarizə şəraitində keçən görüşlərdə nəticələr aşağıdakı kimi olub:

"Sərkərdə" BK - "Atom" BK 66:61

"Xirdalan BK" - "Atletik BK" 67:73

"Sıçrayış BK" - "80"-lər 84:77

Qeyd edək ki, 8 komandanın iştirak etdiyini çempionatın açılış mərasimi oktyabrın 10-da "Sərhədçi" Olimpiya İdman Kompleksində baş tutub. Açılışdan sonra təşkil edilən qarşılaşmada "Zirvə" "Gəncə" klubunu 77:56 hesabı ilə məğlub etmişdi.


Bu yazı

3164 dəfə oxunub

Tarix

2019-10-14 17:15:36

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev