Dünya çempionatında uğurla çıxış edən usta cüdoçularımız Vətənə dünüblər



Mərakeşdə usta cüdoçular arasında keçirilən dünya çempionatında uğurla çıxış edən Azərbaycan milli komandası bu gün Vətənə dönüb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında veteran cüdoçuların qarşılanma mərasimi olub. Milli komandamızın üzvlərini Azərbaycan Cüdo Federasiyasının və "Judo Club 2012”nin rəsmiləri, idmançılar və mətbuat nümayəndələri qarşılayıblar. Qeyd edək ki, Mərakeşdə usta cüdoçular arasında keçirilən dünya çempionatında ölkəmizi təmsil edən Azərbaycan veteranları 5 qızıl, 1 gümüş və 1 bürünc medala layiq görülüblər. Komandamıza qızıl medalları Rəsul Səlimov (M-2, 90 kq), Elxan Rəcəbli (M-2, 100 kq, M-7, 90 kq), Mübariz Cəfərov (M-4, 81 kq), Məmməd Məmmədov (M-1, 73 kq) qazandırıblar. M-2 kateqoriyası üzrə 66 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz Vüqar Babayev yalnız finalda uduzaraq dünya çempionatının gümüş medalına sahib çıxıb. Komandamızın digər üzvü Müşfiq Cəfərov (M-5, 73 kq) isə dünya çempionatını bürünc medalla başa vurub. Usta cüdoçularımız bu nəticə ilə ümumi komanda hesabında beşinci yeri tutublar. Ayrılıqda kişilərin yarışında isə Azərbaycan komandası Fransa və Rusiya komandalarından sonra üçüncü olub. Qeyd edək ki, dünya çempionatında iştirakı Azərbaycan Cüdo Veteranları Assosiasiyası tərəfindən təmin edilən ustalarımız yarışlara "Judo Club 2012” idman klubunda hazırlaşırlar.












Bu yazı

3560 dəfə oxunub

Tarix

2019-10-15 13:18:32

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev