"El Klassiko"nun vaxtı dəyişdirilir


La Liqanın 10-cu turunda "Barselona" və "Real" arasında oktyabrın 26-ı "Nou Kamp"da keçirilməli olan matçın vaxtı dəyişə bilər. Görüşün dekabrın 18-i oynanılması mümkündür.Buna Kataloniyada siyasi məsələlərə görə baş verən etirazlar səbəb ola bilər. Belə ki, La Liqa rəhbərliyi əvvəlcə görüşün yerinin dəyişdirilməsini təklif etsə, bununla nə klublar, nə də İspaniya Futbol Federasiyası razı olub. Bildirilir ki, bu mövsümün ilk "El Klassiko"sunun vaxtının dəyişdirilməsi variantına isə "Real" və "Barselona" narazı deyil.
Bununla bağlı son qərarı La Liqa, İspaniya Futbol Federasiyası nümayəndəsi və müstəqil komitə üzvü Lukas Osorionun yer aldığı
xüsusi komitə verəcək. Qərarın bazar ertəsinə kimi açıqlanacağı gözlənilir.


Bu yazı

2883 dəfə oxunub

Tarix

2019-10-17 11:44:46

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev