Ad gününü təbrik edib, döyüşə çağırdı


UFC-nin keçmiş çempionu Konor Makqreqor ad gününü qeyd edən amerikalı döyüşçü Frenki Edqarı sosial şəbəkə vasitəsilə təbrik edib. İdmançılar arasında yaranan dialoqda Frenki Edqar, irlandiyalı həmkarının döyüşmək təklifini qəbul edib.
- "Ad günün mübarək Frenki. Dekabrda görüşərik”:-deyə Makqreqor qeyd edib.
- "Çox sağol dostum. Mən artıq hazıram. Digər məsələ isə sənin və Uaytın qərarından asılıdır”:-deyə Frenki cavab verib.
- "Uayt döyüşək! Xeyriyyə məqsədi ilə toplanılan qanorarımı mənə ver. Birimiz hamımız üçün!”:- deyə Konor dialoqu yekunlaşdırıb.
Xatırladaq ki, dekabrın 14-də Las-Veqasda UFC 245 turniri keçiriləcək.


Bu yazı

3314 dəfə oxunub

Tarix

2019-10-17 16:20:16

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev