Amerika Kubokunun loqosu təqdim olunub


Argentina və Kolumbiyanın ev sahibliyi edəcəyi Amerika Kuboku-2020-nin rəsmi loqosu təqdim olunub. Loqoda ev sahibliyi edəcək ölkələrin bayrağ rəngləri əks olunub. Loqonu hazırlayanlar, futbol azarkeşlərinin birliyini, yaşıl meydançanı və günəşi simvolizə edir. Xatırladaq ki, Amerika Kubokun gələn il iyun 12-dən iyulun 12-dək keçiriləcək. Çempionata ilk dəfə eyni vaxtda iki ölkə ev sahibliyi edəcək.Yarışlarda 12 komanda qələbə uğrunda mübarizə aparacaq. Qeyd edək ki, Amerika Kubokunun hazırkı çempionu Braziliya komandasıdır.


Bu yazı

3305 dəfə oxunub

Tarix

2019-10-18 16:48:30

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev