Stolüstü tennisçimiz Avropanın istedadları siyahısında


Avropa Stolüstü Tennis Birliyinin (ASTB) təşkilatçılığı ilə "ETTU Eurotalents” adlı istedadların axtarışı proqramının seçmə turu keçirilib. 11 yaşlı tennisçimiz Adil Əhmədzadə Avropa istedadları siyahısında ilk onluğa daxil olub. ASTB tərəfindən il boyu təşkil olunan təlim-məşq toplantılarında Avropanın 13 yaşadək tennisçiləri bir neçə istiqamətdə öz güclərini sınayıblar. Aralarından dözümlü, çevik və istedadlılar
seçilərək ASTB-nin "Eurotalents U-13” turnirində güclərini sınayıblar. On dörd Avropa ölkəsindən 37 idmançı arasında ən yüksək nəticə göstərən 11 yaşlı həmyerlimiz A.Əhmədzadə yekun mərhələyə vəsiqə qazanaraq, yaxşıların-yaxşısı adı uğrunda mübarizəyə qatılıb. Sloveniyada baş tutan ASTB-nin "Eurotalents U-13” yekun turnirində ilk 16-lığa düşmək uğrunda mübarizə aparan turnirin ən kiçik yaşlı iştirakçısı A.Əhmədzadə Avstriya, İngiltərə, Çexiya və Rumıniyalı rəqiblərini arxada qoyaraq yeddinci yerdə qərarlaşıb. Bununla da, stolüstü tennisçimiz Azərbaycan stolüstü tennis tarixində ilk dəfə Avropanın 13 yaşadək istedadları siyahısına daxil edilib.
Qeyd edək ki, turnirdə yüksək bal toplayan 16 idmançıya ASTB növbəti ildə böyük dəstək verəcək.


Bu yazı

3052 dəfə oxunub

Tarix

2019-10-19 16:56:35

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev