Taekvondoçular Şağanda bir araya gəliblər


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Şağan Olimpiya İdman Kompleksində taekvondo üzrə 3-cü beynəlxalq açıq paytaxt turniri keçirilib.
Turnirdə Azərbaycan, İran, Özbəkistan və Rusiyadan 250-dən çox idmançı iştirak edib.
Turnirdə 7-8 yaşlı idmançıların yarışında Kürşad Qurbanlı, Yusif Talıblı, İbrahim Babayev, 9-10 yaşlıların mübarizəsində Murad Rəhimov, İsrafil Nəcəfov, Nihad Qəhrəmanlı, Feruzbek Uzmanov (Özbəkistan) və Vüqar Aslanov qızıl medal qazanıblar.
Asadbek Akbarov (Özbəkistan), Yasin İbrahimov, İbrahim Xəlilov 11-13, Alişan Orucov, Farhad Tahiri (İran), Murad Yasayev (Rusiya) 14-15, Rüstəm Əliyev və İlkin Şahbazov isə 16-17 yaşlı idmançıların yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Kişilər arasında Fərid Mehdizadə, Vəli Həsənov, Maxmud Akramov (Özbəkistan) və Həsən Həsənzadə birinci olublar.
Ümumi komanda hesabında Azərbaycan birinci, Özbəkistan ikinci, İran isə üçüncü pillədə qərarlaşıb.


Bu yazı

3421 dəfə oxunub

Tarix

2019-10-21 17:16:28

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev