«Qarabağ»dan məhsuldar heçə-heçə



Dünən Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilib. Turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da növbəti matçına çıxıb. Ağdam təmsilçisi Bakıda Kiprin APOEL klubunu qəbul edib. Görüş 2:2 hesablı bərabərliklə nəticələnib.
Bu, Qurban Qurbanovun komandasının cari avrokubok mövsümündə Nikosiya təmsilçisi ilə 3-cü matçı olub. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ" məhz APOEL-lə qarşılaşmışdı. Səfərdə 2:1 hesablı qələbə qazanan təmsilçimiz Bakıda 0:2 hesabıyla uduzaraq 

ÇL-dən kənarda qalmışdı.
24 oktyabr
Avropa Liqası

A qrupu
20:55. "Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) - 2:2
Qollar: Dani Kintana, 13 (1:0), Maksim Medvedev, 29-avtoqol (1:1), Hallenius, 45 (1:2), Ailton, 59 (2:2)
Hakimlər: Filip Qlova, Ona Frantişek Ferenç, Yan Pozor, Peter Ziemba (hamısı Slovakiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
«Arsenal» və «Latsio»dan geridönüş
Dünən Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib. 2 qrupda 24 qarşılaşma keçirilib. Turnirdə ölkəmizi təmsil edən "Qarabağ" Bakıda Kiprin APOEL klubu ilə qarşılaşıb və bərabərə qalıb - 2:2. A qrupunun digər matçında "Sevilya" "Düdelanj"ı qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.

24 oktyabr
Avropa Liqası
Qrup mərhələsi
3-cü tur

A qrupu
20:55. "Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) - 2:2
23:00. "Sevilya” (İspaniya) - "Düdelanj” (Lüksemburq) - 3:0

B qrupu
23:00. "Dinamo” (Kiyev, Ukrayna) - "Kopenhagen” (Danimarka) - 1:1 23:00. "Malmö” (İsveç) - "Luqano” (İsveçrə) - 2:1

C qrupu
23:00. "Xetafe” (İspaniya) - "Bazel” (İsveçrə) - 0:1
23:00. "Trabzonspor” (Türkiyə) - "Krasnodar” (Rusiya) - 0:2

D qrupu
23:00. PSV (Niderland) - LASK (Avstriya) - 0:0
23:00. "Sportinq” (Portuqaliya) - "Rusenborq” (Norveç) - 1:0

E qrupu
23:00. "Seltik” (Şotlandiya) - "Latsio” (İtaliya) - 2:1
23:00. "Renn” (Fransa) - ÇFR (Kluj, Ruminiya) - 0:1

F qrupu
23:00. "Arsenal” (İngiltərə) - "Vitoriya” (Portuqaliya) - 3:2
23:00. "Ayntraxt” (Almaniya) - "Standard” (Belçika) - 2:1

G qrupu
20:55. "Porto” (Portuqaliya) - "Reyncers” (Şotlandiya) - 1:1
20:55. "Yanq Boyz” (İsveçrə) - "Feyenoord” (Niderland) - 2:0

H qrupu 20:55.
SSKA (Moskva, Rusiya) - "Ferentsvaroş” (Macarıstan) - 0:1
20:55. "Lüdoqorets” (Bolqarıstan) - "Espanyol” (İspaniya) - 0:1

İ qrupu
20:55. "Gent” (Belçika) - "Volfsburq” (Almaniya) - 2:2
20:55. "Sent-Etyen” (Fransa) - "Aleksandriya” (Ukrayna) - 1:1

J qrupu
20:55. "Başakşəhər” (Türkiyə) - "Volfsberq” (İsveçrə) - 1:0
20:55. "Roma” (İtaliya) - "Borussiya” (Mönxenqladbax, Almaniya) - 1:1

K qrupu
20:55. "Beşiktaş” (Türkiyə) - "Braqa” (Portuqaliya) - 1:2
20:55. "Slovan” (Bratislava, Slovakiya) - "Vulverhempton” (İngiltərə) - 1:2

L qrupu
20:55. "AZ Alkmar” (Niderland) - "Astana” (Qazaxıstan) - 6:0
20:55. "Partizan” (Serbiya) - "Mançester Yunayted” (İngiltərə) - 0:1


Bu yazı

3056 dəfə oxunub

Tarix

2019-10-25 16:55:22

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev