Çingiz Hüseynzadə AOK-un Olimpiya Oyunları Komissiyasının sədri seçilib


Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin (AOK) Varşavada keçirilən Baş Assambleyasında bu qurumun Olimpiya Oyunları Komissiyasının sədri seçilib.
MOK-dan "Olimpiya dünyası qəzetinə bildiriblər ki, tədbirdə Polşa Olimpiya Komitəsinin 100 illik yubileyi qeyd olunub. Yubiley münasibətilə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibin müavini Azər Əliyev xatirə hədiyyələri təqdim ediblər.
Assambleyada AOK-un Olimpiya Oyunları, Avropa Gənclər Festivalı, Atletlər, Olimpiya mədəniyyəti və irs, Olimpiya Akademiyası və digər komissiyalarının iclasları keçirilib. Baş Assambleyada Çingiz Hüseynzadə Olimpiya Oyunları Komissiyasının sədri seçilib.
Həmçinin Tokio-2020, Paris-2024 Yay, Pekin-2022 Qış Olimpiya Oyunlarının, 2023-cü ildə Krakov və Malopolskada təşkil olunacaq üçüncü Avropa Oyunlarının hazırlıq işlərinə dair hesabat məruzələri dinlənilib. Qeyd edək ki, Avropa Olimpiya Komitələrinin (AOK) Polşanın paytaxtı Varşavada keçirilən Baş Assambleyası çərçivəsində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, AOK-un İcraiyyə Komitəsinin üzvü Çingiz Hüseynzadə Polşanın Prezidenti Andjey Duda ilə görüşüb.


Bu yazı

2510 dəfə oxunub

Tarix

2019-10-26 15:48:46

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev