Karateçilərimiz yeni sınaq qarşısında


Noyabrın 1-2-də Macarıstanın Monor şəhərində vado-kai karate üzrə 47-ci Avropa çempionatı keçiriləcək. Qitə çempionatında ölkəmizi "Azərbaycan Vado-Ryu Karate-do” klubunun idmançıları iştirak edəcəklər. Avropa Vado-Kai Karate-Do Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi, Əməkdar məşqçi Gündüz Mahmudovun rəhbərliyi altında Macarıstana yollanacaq komandamızın heyətində 10 idmançı, 3 məşqçi və 1 hakim yer alıb.
Komandamızın üzvlərindən 12-13 yaşlı idmançıların yarışında İsmayıl Ələsli (-50 kq), İmran İsmayılzadə (-50 kq), 14-15 yaşlı karateçilərin mübarizəsində isə Rəsul Abbasov (-57 kq) və Musa Məmmədov (-63 kq) qüvvəsini sınayacaq. Kənan Babayev (-68 kq), Abbas Dadaşov (-68 kq), İlknur Əlipoladov (-68 kq), Fərid Ağayev (-76 kq) və Adil Quliyev (-76 kq) isə 16-17 yaşlı idmançıların mübarizəsində yarışacaq. Komandamızın digər istedadlı üzvü Nuri Əliyev (-76 kq) isə 18-21 yaşlılar arasında mübarizə aparacaq.
Karateçilərimiz çempionatda fərdi yarışlarla yanaşı, komanda yarışlarında da çıxış edəcək.
Komandamızın heyətində Macarıstana yollanan milli dərəcəli hakimimiz Vidadi Mahmudov isə 47-ci Avropa çempionatında ədaləti qoruyacaq.
Qeyd edək ki, Oktyabrın 30-da Macarıstana yola düşəcək yığma komandamız noyabrın 4-də Vətənə qayıdacaq.


Bu yazı

1657 dəfə oxunub

Tarix

2019-10-30 10:11:11

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev