“Judo Club 2012”nin yeniyetmə karateçiləri Avropa çempionatına yollanırlar


Noyabrın 1-2-də Macarıstanın Monor şəhərində vado-kai karate üzrə 47-ci Avropa çempionatı keçiriləcək. Qitə çempionatında ölkəmizi "Azərbaycan Vado-Ryu Karate-do” klubunun idmançıları iştirak edəcəklər. Avropa Vado-Kai Karate-Do Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi, Əməkdar məşqçi Gündüz Mahmudovun rəhbərliyi altında Macarıstana yollanacaq komandamızın heyətində 10 idmançı, 3 məşqçi və 1 hakim yer alıb. Qitə çempionatında "Judo Club 2012”nin 3 idmançısı da medallar uğrunda yarışacaq. 14-15 yaşlı idmançıların mübarizəsində klubun istedadlı üzvü Rəsul Abbasov (-57 kq) mübarizə aparacaq. Klubun digər yetirmələrindən Fərdi Ağayev (-76 kq) və Abbas Dadaşov (-68 kq) isə 16-17 yaşlı idmançıların mübarizəsində qüvvəsini sınaycaq. Fərdi Ağayev və Abbas Dadaşov həmçinin, eyni yaş qrupu üzrə komanda yarışlarında da iştirak edəcəklər.
Qeyd edək ki, oktyabrın 30-da Macarıstana yola düşəcək yığma komandamız noyabrın 4-də Vətənə qayıdacaq.


Bu yazı

2157 dəfə oxunub

Tarix

2019-10-30 11:25:47

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev