Avropa çempionatında bürünc medal


İsrailin Holon şəhərində keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatı idmançılarımız üçün uğurlu başlayıb.
Gənclər yaş kateqoriyasında kişi cütlüyü tərkibində çıxış edən Murad Rəfiyev və Daniel Abbasov yarışların bürünc medalını qazanıblar. Balans hərəkətləri proqramında hakimlərdən 28 xal alaraq gimnastlarımız fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
İlk iki pillədə müvafiq olaraq Böyük Britaniya (28.750) və Rusiya (28.600) gimnastları qərarlaşıblar.
Qeyd edək ki, oktyabrın 31-də yarışlara böyüklər yaş kateqoriyasında çıxış edən gimnastlarımız qoşulacaqlar.Çempionata noyabrın 3-də yekun vurulacaq.



Bu yazı

2001 dəfə oxunub

Tarix

2019-10-31 11:25:52

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev