Taekvondoçularımız İtaliyada yarışacaqlar

 
Noyabrın 1-də İtaliyanın Bari şəhərində G4 kateqoriyalı Avropa Oyunlarına start veriləcək.
Beynəlxalq yarışda böyüklərdən ibarət yığma komandamızın altı üzvü mübarizə aparacaq. Millinin heyətində Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Radik İsayev (+80 kq), Patimat Abakarova (53 kq), Fəridə Əzizova (67 kq) və Zahra Fazel Kalxoran (+67 kq) yer alıblar.
Avropanın 45 ölkəsindən 213 idmançının (114 kişi, 99 qadın) reytinq xalları uğrunda yarışacağı turnirdə qalib taekvondoçu aktivinə 40 xal, ikinci yeri tutan 24,5 xal, bürünc medalçılar isə 17,5 xal yazdıracaqlar.
Turnirə noyabrın 3-də yekun vurulacaq.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərlik etdiyi komandamız noyabrın 4-də vətənə qayıdacaq.


Bu yazı

2315 dəfə oxunub

Tarix

2019-10-31 12:44:59

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev