Respublika Universiadasının şahmat yarışlarına yekun vurulub

"Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə 2019-cu ilin mart-oktyabr aylarında ali təhsil müəssisələri tələbələri arasında 14-cü Respublika Universiadası keçirilib.
Universiadanın təqvim planına idmanın 10 növü - dama (kişi, qadın), stolüstü tennis (kişi, qadın), basketbol, voleybol (kişi, qadın), badminton (kişi, qadın), sərbəst güləş, yunan-Roma güləşi, cüdo, atletika (kişi, qadın) və şahmat (kişi, qadın) üzrə yarışlar təşkil olunub.
Universiadaya daxil olan şahmat üzrə yarışlar AHİT İB-nin Yasamal Şahmat-Dama Klubunda keçirilib. Yarışda 12 komanda iştirak edib. Gərgin mübarizə şəraitində keçən yarışlarda Azərbaycan Tibb Universiteti birinci yerə layiq görülüb. Bakı Mühəndislik Univesiteti ikinci, Azərbaycan Dövlət İqtisad Universiteti isə üçüncü yeri tutub.







Bu yazı

1706 dəfə oxunub

Tarix

2019-11-05 11:07:08

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev