Murad Fətiyev Tokio Olimpiadasına lisenziya xarakterli yarışda bürünc medal qazandı


Noyabrın 3-4-də Avstraliyanın Pert şəhərində cüdo üzrə Okeniya açıq turniri keçirilib. Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 66 ölkədən 309 (160 kişi, 149 qadın) cüdoçu qalib adı uğrunda mübarizə aparıb. Beynəlxalq yarışda 9 cüdoçu ilə təmsil olunan komandamız 1 gümüş və 1 bürünc medala sahib çıxıb. Komandamıza bürünc medalı "Judo Club 2012”nin gənc cüdoçusu Murad Fətiyev (81 kq) qazandırıb. Mübarizəyə 1/32 finaldan başlayan təmsilçimiz ilk mərhələdə Fransa, növbəti görüşdə isə uruqvaylı idmançını üstələyib. Lakin gənc cüdoçumuz 1/8 finalda braziliyalı rəqibinə məğlub olub. Bürünc medal uğrunda təsəlliverici görüşə çıxan idmançımız bu mərhələdə Avstriya cüdoçusuna qalib gəlib. Murad Fətiyev həlledici görüşdə italiyalı Andrea Regisə də qalib gələrək bürünc medala sahib çıxıb. Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan "Okeaniya Open” turnirində bürünc medal qazanan Murad Fətiyev aktivinə 350 xal yazdırıb. Gənc cüdoçumuz hazırda dünya reytinqində 43-cü, Olimpiya reytinqində isə 36-cı pillədə qərarlaşıb.






Bu yazı

1410 dəfə oxunub

Tarix

2019-11-05 15:58:05

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev