Teymur Rəcəbovdan növbəti heç-heçə

 
Hamburqda keçirilən FIDE Qran-Prisinin üçüncü mərhələsinin səkkizdəbir finalın cavab partiyaları oynanılıb. Təmsilçimiz Teymur Rəcəbov rusiyalı Daniel Dubovla ilk qarşılaşmada olduğu kimi, cavab partiyasında da heç-heçə edib. İdmançımız rəqibi ilə növbəti dəfə tay-brekdə görüşəcək. Oyun noyabrın 7-də keçiriləcək.
Ümumilikdə 21 şahmatçının gücünü sınadığı FIDE Qran-Prisi dörd mərhələdən ibarətdir. Şahmatçıların hər biri turnirin yalnız üç mərhələsində iştirak edə bilər. İyulun 11-24-də Riqada keçirilən əvvəlki mərhələsində şahmatçımız Şəhriyar Məmmədyarov qalib adını qazanıb. T.Rəcəbov isə həmin mərhələdə iştirak etməyib. Yarışın birinci
mərhələsində, Moskva Qran-Prisində isə hər iki şahmatçımız ilk raundda məğlub olduqları üçün turnirlə vidalaşmalı olublar.
Dekabrın 10-dan 24-dək Təl-Əvivdə keçiriləcək Qran-Pri turnirinin dördüncü mərhələsində həm Ş.Məmmədyarov, həm də T.Rəcəbov iştirak edəcək.
Qran-Pri turnirləri Olimpiya sistemi (uduzan çıxır) üzrə keçirilir.


Bu yazı

3616 dəfə oxunub

Tarix

2019-11-07 12:38:44

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev