Sərbəst güləşçilərimiz təlim-məşq toplanışında iştirak edirlər



Sərbəst güləş üzrə yığmamız Dağıstanın paytaxtı Mahaçqalada növbəti təlim-məşq toplanışına başlayıb.
Noyabrın 23-dək davam edəcək hazırlıq prosesində komandamız baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında yerli güləşçilərlə birgə məşq edəcək. Toplanışda həm fiziki, həm də taktiki-texniki çalışmalara diqqət yetiriləcək.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamız təlim-məşq toplanışını Bakıda davam etdirir. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərlik etdiyi millimizin Olimpiya Güləş Mərkəzindəki hazırlıq prosesi noyabrın 16-dək davam edəcək.



Bu yazı

2615 dəfə oxunub

Tarix

2019-11-12 10:55:25

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev