Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti paytaxtımıza gəlib


Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti Entoni Saynsbari Bakıya gəlib.
E.Saynsbari Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə keçiriləcək "Yenilməzlər” adlı Beynəlxalq Qala Təqdimatına dəvət edilib.
Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti Entoni Saynsbari 1946-cı ildə Böyük Britaniyada dünyaya gəlib. Beynəlxalq əlil arabasında Basketbol Federasiyasının vitse-prezidenti və Böyük Britaniya Milli Paralimpiya yığmasının Paralimpiya Oyunlarında 5 dəfə missiya rəhbəri olub.
2009-cu ildə 7 nəfər görkəmli şəxsdən biri kimi Paralimpiya Ordeninin mükafatçısıdır. Bakı-2015 I Avropa Oyunları komissiyasının üzvü kimi Atletlər Kəndinin qurulmasında iştirak edib. Hazırda, Niderland Krallığında "İdman infrastrukturu və idmanın texniki planlaşdırılması” təşkilatının direktorudur.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin beynəlxalq əlaqələrinin qurulması və təbliğində xüsusi xidmətləri var.
Azərbaycan Respublikası Prezidenti 2 fevral 2016-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi ilə bağlı və Azərbaycan Paralimpiya Hərəkatının inkişafında xidmətlərinə görə” prezidentin fəxri diplomu ilə təltif olunub.


Bu yazı

2038 dəfə oxunub

Tarix

2019-11-13 11:08:34

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev