“Böyük dəbilqə”də böyük heyət

 
Noyabrın 22-dən 24-dək Yaponiyanın Osaka şəhərində keçiriləcək cüdo üzrə "Böyük dəbilqə” turnirində Azərbaycanı 16 idmançı təmsil edəcək.
Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda kişilərin mübarizəsində Oruc Vəlizadə, Davud Məmmədsoy (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Telman Vəliyev (73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) gücünü sınayacaqlar. Qadınların yarışında isə Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian, İçinxorloo Munxtsedev (hər ikisi 57 kq) mübarizə aparacaqlar.
"Böyük dəbilqə” turnirinə 99 ölkədən 600-ə yaxın cüdoçu qatılacaq.


Bu yazı

2562 dəfə oxunub

Tarix

2019-11-14 15:58:08

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev