Xanımına qeyri-adi hədiyyə edən pilot


Formula 1 yarışlarının yeddiqat dünya çempionu Mixael Şumaxerin həyat yoldaşı Korinna maraqlı açıqlama verib. O, həmişə həyat yoldaşına minnətdar olacağını deyib. "Mixael mənim üçün hər şey edirdi. Yadımdadır ki, 30 yaşım olanda, istəyirdim, mənim atım olsun. Mixael evliliyimizin 10 illiyində mənə İsveçrədə at ferması bağışladı. Bu mənim üçün ən unudulmaz hadisələrdən biri idi. Şumaxer hər zaman orada yaşayacağı və heyvanların necə qayğısına qalacağı barədə danışırdı. O mənim hər arzumun həyata keçməsində vasitəçi olub”, - deyə Korinna bildirib.
Qeyd edək ki, hazırda Korinnanın İsveçdə və ABŞ-da 40-a yaxın atı olan iki ferması var.
Xatırladaq ki, Formula 1-in əfsanəsi 2013-cü ilin dekabr ayında Alp dağlarında xizək sürərkən, başından ciddi xəsarət alıb. Bir neçə ay komada olan idmançı, 2014-cü ildən ailəsinin himayəsi altında yaşayır.
Şumaxerin ailəsi 6 ildir ki, idmançı ilə bağlı bütün məlumatları gizli saxlamağa çalışır.


Bu yazı

1744 dəfə oxunub

Tarix

2019-11-19 14:17:37

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev