Üzgüçülük üzrə birincilikdə 19 komanda yarışıb


Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar iyulun 26-da Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Klubunun təşkilatçılığı ilə üzgüçülük yarışı keçirilib.
Nazirliyin qurumlarını təmsil edən19 komanda həm fərdi, həm də komanda hesabında 50 və 100 metr məsafələrdə üzgüçülüyün sərbəst növü üzrə gücünü sınayıb. Yarışın nəticələrinə əsasən, komanda hesabında Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti birinci, mülki müdafiə qoşunları ikinci, Dövlət Yanğından Mühafizə Xidməti isə üçüncü yerə sahib olub.
Fərdi yarışlarda, müvafiq olaraq, adları çəkilən qurumların təmsilçilərindən Anar Babazadə 1-ci, Emin Bridvin 2-ci, Orxan Mansurov isə 3-cü yeri tutub.
Qaliblərə kuboklar, fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
Sonra bu ilin sentyabrında Qəbələ rayonunda keçiriləcək səmti müəyyən etmə idman növü üzrə çempionata hazırlıqla bağlı seminar təşkil olunub.
Qeyd olunub ki, yarış tərtib olunmuş xüsusi idman xəritəsi əsasında keçiriləcək və hər bir komanda 7 nəfərdən ibarət olmaqla 3-5 kilometr məsafədə yarışacaq. Yarışın qalibləri gələcəkdə bir sıra beynəlxalq yarışlarda da öz güclərini sınamaq imkanı əldə edəcəklər.


Bu yazı

7101 dəfə oxunub

Tarix

2013-07-30 13:48:19

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev