Veteran atletlərimiz İtaliyada


Avqustun 3-10-da İtaliyanın Turin şəhərində VIII Ümumdünya Oyunları keçiriləcək. Yarışda 29 idman növü üzrə 30 minə yaxın 35 yaşdan 100 yaşadək veteran idmançılar öz qüvvələrini sınayacaqlar.
Ağırlıqqaldırma üzrə veteranlardan ibarət milli komandamız avqustun 2-də Turin şəhərinə yola düşür. Yarışda nümayəndə heyətinin rəhbəri Natiq Ağayevin və baş məşqçi Oktay Muxtarovun rəhbərliyi altında Akif Alıyev, Natiq Ağayev, Asif Məlikov, Teymur Əliquliyev, Aftandil Hümbətli, Emil Əliyev, Namiq Ağayev, İltifat Məmmədov, Vladimir Jilyayev, Səbinə Rzayeva, Xatirə Şahverdi, Natiq Həsənov təmsil olunacaqlar. Turnirdə 700-ə yaxın veteran atlet iştirak edəcək.



Bu yazı

7096 dəfə oxunub

Tarix

2013-08-02 17:17:16

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev