Veteranlar Turindən uğurlu nəticə ilə qayıdıblar


Xəbər verdiyimiz kimi, avqustun 3-dən 10-a qədər İtaliyanın Turin şəhərində veteran idmançılar arasında VIII Ümumdünya Oyunları keçirilib. Yarışda milli komandamız da böyük geniş heyətlə çıxış edib. İdmançılarımız oyunlarda 2 qızıl,1 gümüş və 2 bürünc medala layiq görülüblər. Yığma komandamızın üzvü Vladimir Jilyayev isə Turində üç rekord yeniləyərək adını Ümumdünya Oyunlarının tarixinə yazdırıb. Milli komandamızın heyətində 35-39 yaş qrupu üzrə 75 kq çəki dərəcəsində Səbinə Rzayeva 140 kq (65 kq+75 kq) nəticə ilə bürünc medal qazanıb.

45-49 yaş qrupu üzrə 48 kq çəki dərəcəsində mübarizə aparan Xatirə Şahverdi 89 kq (37+52 kq) nəticə ilə 6-cı yeri tutub. Kişilərin mübarizəsində 60-64 yaş qrupu üzrə 85 kq çəki dərəcəsində mübarizə aparan Vladimir Jilyayev, ümumi cəmdə 208 kq (90+118 kq) nəticə ilə Ümumdünya Oyunlarının 2 və 1 dünya rekordunu (təkanla qaldırmada 118 kq, ümumi cəmdə 208 kq) müəyyən edərək qızıl medala layiq görülüb.
35-39 yaş qrupu üzrə 105 kq çəki dərəcəsində çıxış edən Natiq Həsənov ümumi cəmdə 297 kq (135+162 kq) nəticə ilə qızıl medala layiq görülüb.
50-54 yaş qrupu üzrə 56 kq çəki dərəcəsində çıxış edən Dünya rekordçusu Akif Alıyev ümumi cəmdə 167 kq (75+92 kq) nəticə yarışı gümüş medalla başa vurub.
35-39 yaş qrupu üzrə 77 kq çəki dərəcəsində çıxış edən Aftandil Hümbətli ümumi cəmdə 239 kq (102+137 kq) nəticə ilə bürünc medala layiq görülüb.
45-49 yaş qrupu üzrə 77 kq çəki dərəcəsində çıxış edən Namiq Ağayev ümumi cəmdə 201 kq (91+110 kq)nəticə ilə 8-ci yeri tutub.
45-49 yaş qrupu üzrə 85 kq çəki dərəcəsində çıxış edən Teymur Əliquliyev ümumi cəmdə 212 kq (92+120 kq) nəticə ilə 6-cı olub.
45-49 yaş qrupu üzrə 105 kq çəki dərəcəsində çıxış edən İltifat Məmmədov ümumi cəmdə 215 kq (95+120 kq) nəticə ilə 7-ci pillədə qərarlaşıb. 40-44 yaş qrupu üzrə 77 kq çəki dərəcəsində çıxış edən Asif Məmmədov zədə aldığından mübarizəni dayandırmalı olub.
35-39 yaş qrupu üzrə +105 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Emil Əliyev birdənqaldırmada 148 kq çəkinin öhdəsindən gəlib, lakin təkanla qaldırma hərəkətini sıfır nəticə ilə başa vurub.
Rizvan Rəsulov,
Veteran Ağır Atletlər İctimai
Birliyinin sədr müavini, Beynəlxalq dərəcəli hakim



Bu yazı

8322 dəfə oxunub

Tarix

2013-08-13 10:29:06

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev