Olimpiya çempionunun oğurlanmış medalı geri qaytarıldı



Üzgüçülük üzrə ikiqat Olimpiya çempionu britaniyalı Rebeka Edlinqtonun oğurlanmış medalları oğurluq hadisəsindən 2 saat sonra geri qaytarılıb.
İngiltərə mətbuatının yazdığına görə, Edlinqtonun evini qarət edən şəxslər idmançının qazandığı medallar da daxil olmaqla çoxlu sayda qiymətli əşya, həmçinin, onun dostunun maşınını da oğurlayıb. Cinayətdən bir neçə saat sonra oğrular idmançı xanımın yarışlarda qazandığı mükafatları qaytarsa da, maşın hələ də tapılmayıb.
Xatırladaq ki, Edlinqton 2008-ci ildə keçirilən Pekin Olimpiadasında 400 və 800 m məsafədə sərbəst üsulla üzgüçülük yarışlarında iki qızıl medal, 2012-ci ildə təşkil edilən London Olimpiadasında isə eyni idman növü üzrə bürünc medal qazanıb.


Bu yazı

8165 dəfə oxunub

Tarix

2013-08-23 14:22:00

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev