Medallarımızın sayı 10-a çatdı


Əfqan Bayramov,
III İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı:
- "Yarışa çox ciddi hazırlaşmışdım. Medal qazanacağıma inanırdım. Birdənqaldırma hərəkətində 138 kq-ın öhdəsindən gəldim. Təkanla qaldırma yarışlarında 182 kq-ı ram etdim. İki hərəkətin cəmində isə 320 kq nəticə göstərərək gümüş medala sahib çıxdım. Ümumilikdə, III İslam Həmrəyliyi Oyunları mənim üçün yaddaqalan oldu. Qeyd edim ki, buna qədər bir neçə beynəlxlaq turnirdə iştirak etmişəm. Avropa çempionatında qızıl medala layiq görülmüşəm. Əldə etdiyim bu nailiyyət isə mənim üçün xüsüsi önəm daşıyır. Çalışacağam ki, bundan sonra da mənə bəslənilən ümidləri doğruldum. Qələbəmdə əməyi olan hər bir kəsə öz minnətdarlığımı bildirirəm”.







Bu yazı

7052 dəfə oxunub

Tarix

2013-09-26 14:08:12

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev