İntiqam Zairov yarışı gümüş medala başa vurdu

İntiqam Zairov,
III İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı:
- İslam Həmrəyliyi Oyunlarında ilk dəfə idi ki, qüvvəmi sınayırdım. Yarış mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi. 94 kq çəki dərəcəsində birdənqaldırmada 165 kq çəki dərəcəsinin öhdəsindən gəldim. Mükafatçılar sırasına düşmək üçün təkanla qaldırmada daha yüksək nəticə göstərməli idim. Belə də oldu. Təkanla qaldırmada 200 kq çəkinin öhdəsindən gəldim. Ümumilikdə iki hərəkətin cəminə görə 365 kq çəki dərəcəsini qaldırmaqla III İslam Həmryəliyi Oyunlarının gümüş mükafatına sahib oldum. Bununla da medal kolleksiyama İslam Həmrəyliyi Oyunlarının gümüş medalı da əlavə olundu. Əldə etdiyim nailiyyətə görə çox sevinirəm. Yarışdan əvvəl bizə böyük ümidlər var idi. Bu ümidləri doğrultduğum üçün özümü xoşbəxt hiss edirəm. Düzdür, bu yarışda qarşıma qızıl medal qazanmağı məqsəd qoymuşdum. Amma təəssüf ki, Albaniyada təşkil olunan Avropa çempionatında göstərdiyim uğurlu çıxışımı bu dəfə təkrarlaya bilmədim. Bu cür mötəbər yarışda gümüş medal qazanmaq da böyük uğurdur. İnanıram ki, Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarında daha yüksək nəticə göstərəcəyəm.









Bu yazı

9344 dəfə oxunub

Tarix

2013-09-26 19:38:46

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev