Tallindən daha bir qızıl medal



Estoniyanın paytaxtı Tallin şəhərində 20 və 23 yaşa qədər gənclər arasında ağır atletika üzrə Avropa çempionatı keçirilir.
Azərbaycan yığmasının üzvü Nailxan Nəbiyev 20 yaşa qədər oğlanlar arasında 94 kiloqram çəki dərəcəsində mübarizə aparıb. N.Nəbiyev Avropa çempionu adını qazanaraq, milli komandamızın aktivinə üçüncü qızıl medalı yazdırıb.
İdmançı birdən qaldırma hərəkətində birinci yanaşmada 147 kiloqramı ram edə bilməyib. Ancaq sonrakı cəhdində bu çəkinin öhdəsindən gələn N.Nəbiyev, üçüncü yanaşmada 153 kiloqramlıq ştanqı da başı üzərinə qaldıraraq bu hərəkətdə ikinci olub.
Təkanla qaldırmada atletimiz əvvəlcə 186, sonra isə 190 kiloqramı ram edərək, bütün rəqiblərini qabaqlayıb. Üçüncü yanaşmasında 202 kiloqramı qaldıra bilməsə də, N.Nəbiyev həm bu hərəkətdə, həm də ümumi sıralamada qızıl medala sahib çıxıb.
Bununla da, ümumilikdə 343 kiloqram nəticə göstərən N.Nəbiyev Avropa çempionu adını qazanıb.







Bu yazı

7603 dəfə oxunub

Tarix

2013-09-27 15:50:16

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev