Ən güclü ağırlıqqaldıranlar Polşada toplaşıblar


Oktyabrın 16-da Polşanın Vrotslav şəhərində ağırlıqqaldırma üzrə kişilər və qadınlar arasında dünya çempionatı start götürüb. Çempionatda ölkəmizi baş məşqçi Zlatan Vanevin rəhbərliyi altında iki kişi və bir qadın atlet təmsil edəcək.
London-2012 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Valentin Xristov (62 kq), Kazan-2013 Universiadasının qalibi Firudin Quliyev (69 kq) kişilərin yarışında qüvvələrini sınayacaqlar. Qadın ağırlıqqaldıranların arasında isə Kristina İovu (53 kq) mübarizə aparacaq.
Oktyabrın 28-nə qədər davam edəcək yarışda Vahid Nəzərov ölkəmizi hakim kimi təmsil edəcək.


Bu yazı

6348 dəfə oxunub

Tarix

2013-10-17 22:20:11

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev