Ağır atletimiz dünya çempionatında 2 bürünc medal qazanıb


Polşanın Vrotslav şəhərində ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatı davam edir.
Çempionatın birinci günündə Azərbaycanı təmsil edən idmançı Kristina Yovunun (53 kq) gümüş medal qazanmasından sonra bütün diqqət atlet Valentin Xristova (62 kq) yönəlib.
V.Xristov birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla başa vurub. On doqquz yaşlı atlet əvvəlcə 136 kq, daha sonra 139 kq, sonda isə 141 kq-ı ram edib və bürünc medala yiyələnib.
Təkanla qaldırma hərəkətinə V.Xristov 170 kq-la başlayıb və ilk cəhdini uğurla yerinə yetirib. Təəssüf ki, atletimiz sonra sifariş verdiyi 176 kq-ın öhdəsindən gələ bilməyib. Buna baxmayaraq idmançımız bu hərəkətdə də bürünc medal qazanıb.
Toplamda 311 kq nəticə göstərən Valentin Xristov, iki bürünc medal qazanmaqla ümumi sıralamada dördüncü yeri tutub.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 28-dək davam edəcək.




Bu yazı

6661 dəfə oxunub

Tarix

2013-10-24 14:00:58

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev