Pouerliftinqçilər Ağsu rayonunda qüvvələrini sınayıblar



Noyabrın 16-17-də BP Azərbaycan şirkətinin dəstəyi ilə Milli Paralimpiya Komitəsi Ağsu rayonunda pouerliftinq üzrə VII açıq Azərbaycan çempionatı keçirib. Çempionatda 6 çəki dərəcəsi üzrə 46 idmançı qüvvəsini sınayıb.
Paralimpiyaçılar arasında müvafiq çəkilər üzrə ən yüksək nəticə göstərən Azər Əlizadə, Məhərrəm Əliyev, Elşən Hüseynov, Bəhlul Əliyev, Allahverdi Allahverdiyev, Əhməd Rəzmazər bütün rəqiblərini qabalayaraq yarışın qalibi olublar.
Tədbirdə Milli Paralimpiya Komitəsinin, Ağsu Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən ilk dəfədir ki, regionda rəsmi yarış təşkil edilir və gələcəkdə belə yarışların digər rayonlarda da keçirilməsi nəzərdə tutulur. Məqsəd yeni idmançıların aşkar edilməsi və regionlarda fiziki qüsurlu insanların sağlam həyat tərzinə inteqrasiyasını təmin etməkdir.
Yarışın sonunda qaliblər diplom, medal, kubokla təltif olunublar.




Bu yazı

11040 dəfə oxunub

Tarix

2013-11-19 11:25:42

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev