Qran-pri 23 ölkənin atletlərini Bakıya topladı




Sabah Ağır Atletika Akademiyasının İdman Mərkəzində ağırlıqqaldırma üzrə "IWF Qran-Prix - II” Beynəlxalq Bakı kuboku başlayır. Yarışda 62 kq və 69 kq çəki dərəcələrində kişilər, 53 kq və 58 kq çəki dərəcələrində isə qadınlar qüvvəsini sınayacaqlar. Hər çəki dərəcəsində iştirakçı ölkələr bir, Azərbaycan isə ev sahibi olduğu üçün 2 atletlə təmsil olunacaq. Yarışların Təşkilat Komitəsindən verilən məlumata görə, ABŞ və Çin-in ağır atletləri ilə yanaşı, Albaniya, İsrail, Almaniya, Avstriya, Moldova və Özbəkistan idmançılarının da iştirakı təsdiqlənib. Bununla da, iştirakçı dövlətlərin sayı 23 olub. İndiyədək Azərbaycan, Rusiya, İtaliya, Türkiyə, Macarıstan, Polşa, Bolqarıstan, Slovakiya, Serbiya, Ukrayna, Latviya, Qazaxıstan, Qırğızıstan, Rumıniya və Tacikistan atletləri Bakı kubokunda iştiraka razılıq vermişdilər.
Yarış dekabrın 8-də başa çatacaq.





Bu yazı

13269 dəfə oxunub

Tarix

2013-12-05 21:02:31

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev