Daha 7 komanda dünya çempionatında


2014-cü ildə İtaliyada keçiriləcək qadın voleybolçular arasında dünya çempionatının final mərhələsinin daha 7 iştirakçısı müəyyənləşib. Avropa zonası üzrə III seçmə mərhələsinin 5 qalibi və 2-ci yer sahibləri arasında ən yaxşı nəticəyə malik 2 komanda mundiala yüksəlib. Çıxış etdiyi J qrupunda hamıdan güclü olan Azərbaycan milli komandası ilə yanaşı, Türkiyə, Belçika, Xorvatiya və Bolqarıstan da qrup qalibi kimi İtaliyaya vəsiqə əldə edib. Millimizlə eyni qrupda mübarizə aparan Serbiya, həmçinin Hollandiya qrup ikincisi kimi mundialda mübarizə aparmaq imkanı qazanıb. Qeyd edək ki, buna qədər daha 9 komanda vəsiqə əldə etmişdi. Belə ki, meydan sahibləri İtaliya, Avropa çempionatının finalçıları Rusiya ilə Almaniya, Asiya və Okeaniyanın 4 komandası - Yaponiya, Çin, Tailand, Qazaxıstan və Cənubi Amerikadan Braziliya ilə Argentina milliləri 24 komandanın mübarizə aparacağı dünya çempionatında çıxış etmək imkanı qazanmışdı.
Qeyd edək ki, yerdə qalan 8 vəsiqənin sahibi fevraldan iyuladək keçiriləcək seçmə oyunlarında müəyyənləşəcək.


Bu yazı

6624 dəfə oxunub

Tarix

2014-01-10 13:01:00

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev