“Hər şeyə kənardan baxıb qərar verməliyəm”



"Rabitə”nin polşalı voleybolçusu Katarjina Skovronska milli karyerasını başa vura bilər. Bu barədə universal oyunçunun özü açıqlama verib. Belə ki, Polşa yığması dünya çempionatının seçmə mərhələsində mübarizəni dayandıraraq, mundiala vəsiqə qazana bilməyib. 31 yaşına keçən Skovronska bildirib ki, artıq millidən getmək haqda düşünməyin vaxtıdır: "Çünki yorulmuşam. Hər şeyə kənardan baxıb qərar verməliyəm. Tək seçmə mərhələni nəzərdə tutmuram, ümumilikdə yorulmuşam. Hiss edirəm ki, maksimal dərəcədə çalışıram. Mən həmişə milliyə ürəyimi vermişəm. Lakin artıq istirahət etməliyəm. Düşünməliyəm ki, bundan sonra da həm yığma, həm də klubda bütün turnirlərdə oynamaq iqtidarındayammı?”.
Qeyd edək ki, 2003-cü ildən millisinin şərəfini qoruyan Katarjina komanda ilə bir çox titullar qazanıb.


Bu yazı

21627 dəfə oxunub

Tarix

2014-01-10 15:43:22

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev