Voleybolçumuz Avropanın ikincisi oldu



Qadın voleybolçular arasında dünya çempionatının III təsnifat mərhələsində Estoniya - Azərbaycan oyununun statistikası açıqlanıb. Millimizin 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın bombardiri adını Natalya Məmmədova qazanıb.
Millimizin lideri görüşdə komandamıza 19 xal qazandırıb. Məmmədova ötən matçda 22 xal toplamaqla ən yaxşı olan Anastasiya Qurbanovanı geridə qoyub. Sonuncu bu dəfə 11 xal toplayıb. 2 oyunun cəmində Natalya 40, Anastasiya 33 xal qazanmağa müvəffəq olub. Oyunun 3-cüsü də milimizin üzvü olub. Kseniya Kovalenko ilk matçdakı kimi yenə 9 xalla qələbəmizə töhvə verib.
Rəqibimizin heyətində isə Natalya Bratuhina daha məhsuldar olub. Estoniya yığmasının lideri komandasına 8 xal qazandırıb.
Qeyd edək ki, 2 oyunda 40 xal toplayan Məmmədova Avropa zonası üzrə seçmə mərhələnin bombardirləri siyahısında orta məhsuldarlıqda 2-ci yerdədir. Hər setdə 5,71 xal qazanan hücumçumuz yalnız Ameta Havliçkovadan (6,67) geri qalır.



Bu yazı

6599 dəfə oxunub

Tarix

2014-01-13 13:12:57

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev