Super-liqada fasilə başa çatdı


Qadın voleybolçular arasında Azərbaycan Super-liqasında yaranan fasilə başa çatıb. 27 günlük fasilədən sonra V turun təxirə salınmış oyunları keçirilib. Voleybol Mərkəzində təşkil olunan ilin ilk oyununda "Azərreyl” "Rabitə” ilə qarşılaşıb. "Dəmiryolçular” güclü rəqibə qarşı yalnız ilk setdə müqavimət göstərə bilib. Son Azərbaycan çempionu növbəti 2 setdə çətinlik çəkmədən qələbə qazanaraq 3 xal əldə edib. Bununla da, ölkə çempionatı ilə yanaşı, Çempionlar Liqasında da qələbələri sıralayan Eldar Yusubovun komandası uğurunu davam etdirib. Bu görüşdən sonra meydana "Lokomotiv” və "Azəryol” klubları çıxıb. CEV kubokunun "Çelenc raund”unda qarşılaşmaq ehtimalı olan komandaların dueli gərgin mübarizə şəraitində keçib. Hazırda yaxşı heyət formalaşdıran "Lokomotiv”in qələbə qazanması inandırıcı görünməsə də, "dəmiryolçular” rəqibini təəccübləndirə bilib. Kladio Kuellonun yetirmələri ilk hissədəki məğlubiyyətdən sonra hesabı bərabərləşdiriblər. 4-cü hissədə qalib gələn 2-ci dəfə bərabərlik əldə etməyə yaxın olan "Lokomotiv” hissənin gedişində qazandığı üstünlüyü əldən verib. "Azəryol”, çətinliklə də olsa, bu görüşdə qələbə qazanıb.

10 yanvar
V turun təxirə salınmış oyunları
"Azərreyl” - "Rabitə” - 0:3 (27:29; 12:25; 15:25)
"Lokomotiv” - "Azəryol” - 1:3 (21:25; 25:22; 21:25; 21:25)


Bu yazı

7212 dəfə oxunub

Tarix

2014-01-14 10:09:51

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev