Təmsilçimizin komandasından qələbə


Rusiya Superliqasında qadın voleybolçular arasında XI turun oyunları keçirilib. Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu "Omiçka” Krasnodarın "Dinamo” klubu ilə qarşılaşıb.
Bir tur əvvəl "Uraloçka”ya məğlub olan Omsk komandası məğlubiyyətin əvəzini krasnodarlılardan çıxıb. Belə ki, "Omiçka” rəqibinə hər üç hissədə qalib gəlib - 3:0 (25:16, 25:18, 30:28). Natalya Məmmədova isə qarşılaşmanın ən yaxşı oyunçusu olub. O, görüşdə 19 xal toplayaraq, matçın ən çox fərqlənən voleybolçusu adına yiyələnib.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 23-ə çatdıran "Omiçka” yenidən 2-ci yerə yüksəlib.




Bu yazı

5983 dəfə oxunub

Tarix

2014-01-14 15:03:04

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev