“Qalatasaray” məğlubiyyətlə üzləşdi


Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsinin oyunları başlayıb. I pley-off mərhələsinin ilk oyun günündə "Kann” (Fransa) "Qalatasaray” (Türkiyə) qarşılaşması keçirilib. Matç ev sahiblərinin 3:1 (25:17, 25:21, 25:27, 25:23) hesablı qələbəsi ilə yekunlaşıb. Cavab matçı gələn həftə İstanbulda təşkil olunacaq. Qeyd edək ki, bu cütün qalibi "İqtisadçı” (Azərbaycan) - "Vakıfbank” (Türkiyə) duelinin qalibi ilə mübarizə aparacaq. Bakı təmsilçisi ilk matçına sabah çıxacaq.
Qrup mərhələsində "Rabitə”nin rəqibi olan Rusiyanın "Omiçka” klubu İtaliyada məğlubiyyətlə üzləşib. Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Omsk təmsilçisi "Azəryol”u mübarizədən kənarlaşdıran "Konegliano” qarşısında çox aciz görünüb. Onlar 3:0 hesabı ilə uduzaraq, mərhələ keçmək imkanlarını çətinləşdiriblər. Məmmədova isə görüşdə 12 xal yığa bilib. Digər görüşlərdə favorit sayılan komandalar səfərdən qalib kimi dönüblər.

Çempionlar Liqası

I pley-off mərhələsi,
ilk oyunlar

"Kann” (Fransa) - "Qalatasaray” - 3:1(25:17, 25:21, 25:27, 25:23)

"Konegliano” (İtaliya) - "Omiçka” (Rusiya) - 3:0 (25:23, 25:18, 25:23)

"Atom” (Polşa) - "Əczaçıbaşı” (Türkiyə) - 0:3 (21:25, 20:25, 22:25)

"Dinamo” (Moskva, Rusiya) - "Dinamo” (Kazan, Rusiya) - 1:3 (21:25, 21:25, 25:18, 16:25)


Bu yazı

6279 dəfə oxunub

Tarix

2014-01-17 10:32:22

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev