Rabitə” heyətini gücləndirməkdə davam edir


Çempionlar Liqasının "Dördlər finalı”na ev sahibliyi edəcək "Rabitə” heyətini gücləndirməkdə davam edir. Azərbaycan çempionu bu dəfə Kuba millisinin voleybolçusu Rozanna Giel Ramosu ilə müqavilə bağlayıb.187 sm boya malik olan voleybolçu 2009-cu ildən etibarən öz ölkəsinin gənclərdən ibarət millisində mübarizə aparıb.
2 il sonra Rozanna əsas yığmanın şərəfini qorumağa başlayıb. Kubanın "Cieqo de Avila” klubundan transfer olunan Ramos millisi ilə birlikdə Panamerika, "Volley Masters” və Qran-prinin gümüş medalına yiyələnib. Həmçinin, kubalı Yoana Palasio Mendosa da kluba baxışa dəvət olunub. Ramosla müqayisədə daha təcrübəli olan oyunçu daha yaxşı çıxışı ilə diqqət çəkir. 24 yaşlı voleybolçu 2009-2012-ci illərdə öz ölkəsinin yığmasının formasını geyinib. 187 sm boya malik Yoana "Volley Masters”in finalçısı və bürünc mükafatçısıdır. Eyni uğuru Panamerika Oyunlarında da təkrarlayan voleybolçu Qran-pri turnirində də komandası ilə birlikdə fəxri kürsünün ikinci pilləsinə qalxıb.


Bu yazı

6958 dəfə oxunub

Tarix

2014-01-17 11:03:59

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev