Balakəndə voleybol üzrə birinciliklər keçirilib


Yanvarın 18-də Balakən Olimpiya İdman Kompleksində oğlanlardan ibarət komandalar arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol üzrə rayon turniri keçirilib. Yarış iştirakçıları əvvəlcə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə 22 məktəb komandası mübarizə aparıb. Yarışın sonunda qalib komandalara diplom və hədiyyələr təqdim olunub.



Bu yazı

7505 dəfə oxunub

Tarix

2014-01-22 13:45:12

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev