“Azərreyl” CEV kubokunu əldən verdi




Yekaterinburqda qadın voleybolçular arasında Avropa Voleybol Konfederasiyası (CEV) kuboku uğrunda turnirdə Rusiyanın "Uraloçka” və Azərbaycanın "Azərreyl” komandaları arasında cavab oyunu keçirilib.
Qarşılaşmanın ilk setində gərgin mübarizədən sonra meydan sahibləri 30:28 hesabı ilə qalib gəliblər. İkinci hissədə də "Uraloçka”nın üstünlüyü (25:18) hiss olunub.  
"Azərreyl” üçüncü setdə 25:21 hesabı ilə önə çıxsa da, dördüncüdə "Uraloçka” yenə də yüksək bal (25:13) toplayaraq 3:1 hesabı ilə oyunun qalibi olub.
Xatırladaq ki, Bakıda baş tutan ilk görüşdə də "Uraloçka” 3:1 hesabı ilə qalib olmuşdu. "Çellendj” raundunda Rusiya komandasının rəqibi Rumıniyanın "Dinamo Romprest” klubu olacaq.




Bu yazı

7581 dəfə oxunub

Tarix

2014-01-23 16:31:46

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev