“Rabitə” liderliyini qorudu


Qadın voleybolçular arasında Azərbaycan Super-liqasında yaranmış fasiləyə yekun vurulub. VI turun yeganə qarşılaşmasında "Telekom” "Rabitə” ilə üz-üzə gəlib. Görüş son ölkə çempionunun asan qələbəsi ilə yekunlaşıb.
Onlar bu qələbə sayəsində xal ehtiyatlarını daha artıraraq, liderliklərini möhkəmlədiblər. Günün digər matçında IV turdan təxirə salınmış "Azəryol” - "İqtisadçı” oyunu da təşkil olunub. Gərgin keçən qarşılaşmada Ancelo Vercesinin yetirmələri yenə xal itiriblər. Lakin buna baxmayaraq, 3:2 hesablı qələbə "Azəryol”u turnir cədvəlində ikinci pilləyə yüksəldib.

Məlumat üçün bildirək ki, Super-liqanın II dövrəsinin təqvimi məlum olub. Yarışda VIII turun oyunları keçirilməmiş IX həftənin görüşləri olacaq. Ardınca həmin turun 1 qarşılaşması dövrənin son gününə təsadüf edəcək.
III turdan təxirə salınmış "İqtisadçı” - "Rabitə” görüşü isə yanvarın 31-də keçiriləcək.

25 yanvar
II dövrə
VI tur
"Telekom” - Rabitə - 0:3 (17:25, 15:25, 21:25)

IV turun təxirə salınmış oyunu
"Azəryol” - "İqtisadçı” - 3:2 (25:19, 25:19, 23:25, 13:25, 16:14)
28 yanvar
VI tur
"Lokomotiv” - "İqtisadçı”
"Azərreyl” - "Azəryol”

31 yanvar
III turun təxirə salınmış oyunu
"İqtisadçı” - "Rabitə”

8 fevral
VII tur
"Lokomotiv” - "Telekom”
"İqtisadçı” - "Azərreyl”
"Azəryol” - "Rabitə”

14 fevral
IX tur
"Azərreyl” - "Telekom”

17 fevral
"İqtisadçı” - "Azəryol”

20 fevral
VIII tur
"Telekom” - "Azəryol”
"Rabitə” - "İqtisadçı”
"Azərreyl” - "Lokomotiv”

28 fevral
X tur
"Telekom” - "İqtisadçı”
"Azəryol” - "Lokomotiv”

5 mart
17:00. "Rabitə” - "Azərreyl”

8 mart
IX tur
17:00. "Lokomotiv” - "Rabitə”






Bu yazı

8173 dəfə oxunub

Tarix

2014-01-28 14:41:57

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev