“Lokomotiv” kapitanla vidalaşdı


"Lokomotiv” voleybol klubunda heyət dəyişkənliyi davam edir. Komanda daha 2 voleybolçu ilə vidalaşıb. "Lokomotiv” rəhbərliyi komandanın kapitanı, hücumçu Valdone Petrauskayte və orta sahə oyunçusu Lauren Gibbemeyerlə müqaviləyə qarşılıqlı şəkildə xitam verib.
Litvalı kapitan ümidləri doğrultmadığı üçün, Gibbemeyer isə İtaliyadan gələn təklifdən sonra Bakı təmsilçisinin heyətində kənarlaşdırılıb. "Pesaro”dan "Lokomotiv”ə gələn amerikalı bu dəfə "Konegliano” ilə razılığa gəlib. O, artıq mövsümün sonuna kimi yeni komandasının şərəfini qoruyacaq.
Qeyd edək ki, Petreskautenin əvəzinə "dəmiryolçular”a amerikalı Kessidi Lixtman transfer olunub.


Bu yazı

8171 dəfə oxunub

Tarix

2014-02-04 10:13:10

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev