Berlin Olimpiya oyunlarına ev sahibliyi etmək iddiasındadır


Berlin şəhəri 2024-cü ildə keçiriləcək yay Olimpiya oyunlarına ev sahibliyi etmək üçün öz namizədliyini irəli sürməyi planlaşdırır. Almaniya paytaxtının meri Klaus Voverayt təsdiq edib ki, şəhər hakimiyyəti ölkənin idman federasiyaları ilə müvafiq məsləhətlər aparacaq və bununla bağlı əhalinin fikrini öyrənəcək. Klaus Voverayt referendumdan sonra Berlin əhalisinin rəyinə hörmət ediləcəyini və referendumun nəticələrindən asılı olaraq hərəkət ediləcəyini bildirib.
Xatırladaq ki, Münhen şəhəri 2022-ci ildə keçiriləcək qış Olimpiya oyunlarına namizədliklə bağlı etiraz etmişdi və şəhər hakimiyyəti bununla razılaşmaq məcburiyyətində qalmışdı.


Bu yazı

8032 dəfə oxunub

Tarix

2014-03-14 16:32:24

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev