Şumaher evindədir


Uzun müddət komada olan "Formula-1”-in yeddiqat çempionu Mihael Şumaheri artıq xəstəxanadan çıxarıblar. Onu Qrenobldan (Fransa) İsveçrəyə - öz evinə aparıblar. "Öz evi yürüşçünün müalicəsi və istirahəti üçün ən sakit və mükəmməl bir yerdir”, - deyə məşhur idman həkimi Raynhard Vaynştabl bildirib.
Şumaherin həyat yoldaşı Korinna 10 milyon funta onun üçün ən yüksək səviyyəli tibbi avadanlıqlarla təchiz olunmuş müşahidə məntəqəsi qurmaq fikrindədir. Bu avadanlıqlara 500 milyon funt olan ailə büdcəsinin cüzi bir hissəsi ayrılacaq. Çox güman ki, avtoyürüşçü üçün nəzərdə tutulan şərait İsveçrədə Şumaherlər ailəsinin evinin ətrafında yerləşən Jenevski gölünün yaxınlığında yaradılacaq.


Bu yazı

8504 dəfə oxunub

Tarix

2014-04-04 12:27:03

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev