Olimpiadanın məşəlinin yandırıldığı fincan sökülməyəcək



Soçi-2014 Qış Olimpiya və Paralimpiya Oyunlarının məşəlinin alovlandırıldığı fincan sökülməyəcək. Bu barədə "Olimstroy”un baş memarı Oleq Xarçenko xəbər verib. Xarçenko qeyd edib ki, bu tikili Olimpiya parkı ilə həmahənglik təşkil edir. Bu səbəbdən onun sökülməyəcəyi və bundan sonra keçirilən idman tədbirlərində istifadə olunacağı barədə yekdil rəyə gəlinib. Baş memar həmin parkda "Formula-1” yarışları ərəfəsində köklü dəyişiklər aparılacağını da istisna etməyib.
"Düşünürəm ki, parkda ciddi dəyişikliklər ediləcək. Qarşıda bizi "Formula-1” yarışları gözləyir. Buna yaxşı hazırlaşmaq lazımdır və xeyli iş görməli olacagıq”, - deyə Oleq Xarçenko bildirib.



Bu yazı

7688 dəfə oxunub

Tarix

2014-04-04 13:06:48

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev