Üçqat Olimpiya çempionuna mükafat verilib


Soçi-2014 Qış Olimpiya Oyunlarının üçqat çempionu Darya Domraçevaya "İlin ən yaxşı paytaxt idmançısı” mükafatı verilib. Bu barədə məlumatı Belarus Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidməti verib.
Belarus MOK-un direktoru, ağır atletika üzrə Olimpiya çempionu Leonid Taranenko, baydarka və kanoedə avarçəkmə üzrə ilk Belarus çempionu Sergey Makarenko Soçi-2014 Olimpiadasının üçqat Olimpiya çempionu Darya Domraçevaya "İlin ən yaxşı paytaxt idmançısı” mükafatını təqdim ediblər. Onlar biatlonçu xanıma idman karyerasında yeni uğurlar arzulayıblar.
Qeyd edək ki, Belarus MOK-u hər il ənənəvi olaraq Minskdə "Paytaxtın ən yaxşı atleti” nominasiyasında müsabiqə keçirir. İdmançıların Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında çıxışlarının nəticələrinə görə şəhərin 10 ən yaxşı atleti müəyyən edilir. Qaydaya görə, mükafatlar sahiblərinə yeni il ərəfəsində təqdim olunur. Amma olimpiadada iştirak etdiyinə görə əməkdar idman ustası Darya Domraçevaya mükafatı indi verilib.


Bu yazı

8850 dəfə oxunub

Tarix

2014-04-22 14:47:53

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev