Şumaher danışmağı və yeməyi yenidən öyrənəcək


"Formula-1”in əfsanəvi pilotu Mixail Şumaher komadan ayılandan sonra gəzməyi, danışmağı və yeməyi yenidən öyrənəcək. Bu haqda Kembric Universtetinin professoru Peter Hutkinson deyib. Hutkinsonun sözlərinə görə, Şumaher artıq əvvəlki vəziyyətinə qayıda bilməyəcək. "Şumaher hər şeyin dəyişdiyi bir dünyaya qayıdacaq. Əlbəttə, onun üçün asan olmayacaq. Ancaq yaşamaq üçün yeni şərtlərlə ayaqlaşmaq məcburiyyətindədir”, - deyə o bildirib.
Qeyd edək ki, Şumaher ötən ilin dekabr ayında Fransada xizək sürərkən yıxılıb və beyni zədələnib. Alman pilot artıq 132 gündür koma vəziyyətində yatır.


Bu yazı

8117 dəfə oxunub

Tarix

2014-05-13 15:23:26

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev