Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinə kommunikasiya üzrə yeni direktor təyin edilib



Vilyam Luis-Mari Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) kommunikasiya üzrə direktoru təyin olunub.
Bakı- 2015-dən olimpnews.az-a daxil olan məlumata görə, Vilyam Luis-Mari kütləvi informasiya vasitələrinin Avropa Oyunları haqqında məlumatlılıq səviyyəsinin və dünyanın hər tərəfində yarışların işıqlandırılması dərəcəsinin yüksəldilməsi məqsədi ilə kommunikasiya şöbəsinə rəhbərlik etmək üçün BAOƏK komandasına qoşulur.
Əslən fransalı olan Vilyam Luis-Mari əvvəlki Olimpiya oyunları və Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) dünya çempionatına cəlb edilməsi də daxil olmaqla bir sıra qurumlarda yüksək səviyyəli rəhbərlik təcrübəsinə malikdir.
O, BAOƏK-a 160 ölkədə fəaliyyət göstərən qabaqcıl multimedia qrupu "Trace TV”dən qoşulub. Əvvəllər Vilyam Luis-Mari "Trace TV”də çempionlara həsr olunan yeni beynəlxalq kanal olan "Trace Sports”un baş vitse-prezidenti vəzifəsind’ çalışıb.
BAOƏK-ın baş icraçı direktoru Saymon Kleq Vilyam Luis-Marinin kommersiya sektorunda, kommunikasiya sahəsində çox mükəmməl və geniş təcrübəyə malik oldugunu bildirib.
Vilyam Luis-Mari "Trace TV”də "London-2012” Yay Olimpiya Oyunlarının layihə meneceri kimi fəaliyyət göstərib, həmçinin Atlanta 1996 Yay Olimpiya Oyunları və 1998-ci ildə Fransada keçirilmiş futbol üzrə dünya çempionatında "Coca-Cola” şirkətinin Fransa üzrə kommunikasiya meneceri vəzifələrində işləyib. Onun işlədiyi digər məşhur böyük idman qurumlarının sırasına Fransa Olimpiya Komitəsi, "Tour de France”, Fransa İdman Federasiyası, beynəlxalq idman federasiyaları və digər tanınmış idman markaları daxildir.
Vilyam Luis-Mari yeni təyinatla baglı deyib: "Bakı 2015” Avropa Oyunları komandasına qoşulmaq kimi gözəl imkandan istifadə etdiyim üçün çox xoşbəxtəm. Belə bir istedadlı komandaya qoşulmaqdan qürur duyuram və bu qabaqcıl tədbir haqqında qlobal miqyasda məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək edəcəyimə ümid bəsləyirəm. Biz Azərbaycanı elita idman növlərinin keçirilməsi üçün gözəl məkan, eləcə də müasir və dinamik Avropa ölkəsi kimi tanıtdırmaq istəyirik. Avropa Oyunları bütün qitənin və Azərbaycan əhalisinin zövq alacağı idman bayramı olacaqdır.
Vilyam Luis-Marinin mayın 19-da Bakı şəhərinə gələcəyi və mayın 20-də vəzifəsinin icrasına başlaması gözlənilir.






Bu yazı

7215 dəfə oxunub

Tarix

2014-05-19 17:34:30

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev